Polisdən bayramda səfərə çıxanlara müraciət | VİDEO

Polisdən bayramda səfərə çıxanlara    müraciət | VİDEO
  30 Dekabr 2025    Oxunub:798
"Bayram günlərində paytaxtdan bölgələrimizə üz tutan, tətil ərəfəsində səfərə çıxan vətəndaşların sayında çoxluq müşahidə olunur".
Bu ifadələr Daxili İşlər Nazirliyinin bayram günlərində səfərə çıxan vətəndaşlara müraciətində vurğulanıb:

"Bu isə yollarda nəqliyyat sıxlığının yaranmasına və qəzaların baş vermə ehtimalının artmasına səbəb olur. Arzuolunmaz hadisələrin qarşısını almaq və risklərdən sığortalanmaq üçün tətil günlərində daha diqqətli və məsuliyyətli olmaq, sadə qaydalara riayət etmək vacibdir.

- avtomobilin texniki sazlığını yoxlayın;
- günün erkən saatlarında yola çıxın;
- sərxoş və ya yuxulu halda sükan arxasına əyləşməyin;⁠
- təhlükəsizlik kəmərindən istifadə edin;
- sürət həddini yol və hava şəraitinə uyğun seçin;
- ötmə və manevr qaydalarına uyğun davranın;
- diqqət yayındıran bütün hallardan çəkinin".

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti